Dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücükörpüsü istifadəyə verilib VİDEO FOTO


Digərləri 24 Okt 2018 07:35:00 293 0

Dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücükörpüsü istifadəyə verilib  VİDEO  FOTO

Çində dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücüsü-körpüsü istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin cənubundakı Cuxay şəhərini, Honqkonq və Makao xüsusi inzibati ərazilərini birləşdirən yol ötürücüsünün ümumi uzunluğu 55 kilometrdir. Bunun 23 kilometri körpü, 6,7 kilometri tunel, qalan hissəsi isə iki süni ada üzərində yoldur.

İnşasına 2009-cu ilin dekabrında başlanılan ötürücü ötən ilin dekabrında təhvil verilib. Bundan sonra bir neçə sınaq həyata keçirilib.

Əvvəllər Honqkonq, Cuxay və Makao şəhərləri arasında hərəkətə sərf olunan 3 saatlıq müddət bu yol ötürücüsünün vasitəsilə 30 dəqiqəyə enəcək.


Xəbərə aid fotolar