İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasına daxil olub


Digərləri 24 Okt 2018 07:21:00 279 0

İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasına daxil olub

Pireney yarımadasında yerləşən bu krallıq "pul dağarcıqları"nın sayının artım dinamikasına görə dünyada səkkizinci yeri tutub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, KİV-lər bu barədə məlumatı İsveçrənin "Credit Suisse" bankına istinadla yayıblar.

Krallıqda 851 min milyonçu yaşayır. Onların 60 min nəfəri bu elit "maliyyə klubu"na cari ildə daxil olmuş yeni milyonçulardır.

"Credit Suisse" analitiklərinin apardığı tədqiqat göstərir ki, ayrı-ayrı şəxslərin əlində toplanmış sərvətin məcmusu 2017-ci il iyulun 1-dən 2018-ci il iyunun 30-dək olan dövr ərzində 14 trilyon dollar, yəni 4,86 faiz artıb. Ümumi rifahın artım sürəti dünya əhalisinin artım sürətini qabaqlayır.