"Dedim ki, əlaqədə olmağımızın videosu var" dəhşətli hadisədən YENİ FAKTLAR


Kriminal 24 Okt 2018 07:14:00 248 0

"Dedim ki, əlaqədə olmağımızın videosu var"  dəhşətli hadisədən YENİ FAKTLAR

Sumqayıtda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə təqsirli bilinən Ağdam sakini, 1991-ci il təvəllüdlü Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Elsevər Məmmədov 25 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində tanışı Sevinc Babayevanın (ad və soyad şərti verilib - red.) barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə onu şantaj edib. Elsevər Sevinclə bir gün əvvəl cinsi əlaqədə olarkən bunu videokamera vasitəsi ilə lentə aldığını və həmin görüntüləri sosial şəbəkədə yayacağını bildirib.

O, Sevincdən 250 manat tələb edib və bu məbləğin 50 manatını alıb.

"Özümü Uğur kimi təqdim etdim"

İstintaq orqanı tərəfindən Elsevər Məmmədova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elsevər Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Samirəni hadisədən təxminən 15-20 gün əvvəl tanıyıb: "Samirə ilə köhnə tanışım olan Vəfa vasitəsilə tanış olmuşam. Samirənin əri cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib. Bu səbəbdən o, maddi cəhətdən kasıb yaşayıb. Vəfadan xahiş etdim ki, Samirəyə desin, mobil telefonuma zəng vursun. Bundan sonra Samirə mobil telefonuma zəng vurdu, mənimlə əlaqə saxladı. Onunla söhbət zamanı özümü Uğur Məmmədov kimi təqdim etdim. Çünki işim məxfiliyi qorumağı tələb edirdi".

"Ərinin yanına getməyinə kömək etməyimi istədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirəyə maddi cəhətdən köməklik etməki, onunla birgə yaşamaq istədiyini bildirib: "Samirənin evində kirayədə yaşayan Türkan adlı şəxs kirayə pulunu vermədən evdən çıxıb getmişdi. Onun tapmaqda Samirəyə kömək edəcəyimi də dedim. Samirə ilə tanış olduqdan sonra bir-birimizlə əlaqə saxlamağa başladıq. Samirə söhbətlərin birində həbsdə olan ərinin yanına getmək üçün maddi cəhətdən ona kömək etməyimi istədi".

"Dedi ki, evdə cinsi əlaqədə olaq"

Elsevər Məmmədov qeyd edib ki, sonuncu dəfə onlar noyabrın 24-də, saat 13.30-da Sumqayıt şəhəri, 18 saylı orta məktəbin qarşısında görüşmək barədə razılığa gəliblər: "Mən kirayə götürdüyüm "Toyota Camry" markalı avtomobillə Sumqayıt şəhərinə gəldim. Samirənin məktəbin qarşısında məni gözlədiyini gördüm. Həmin vaxt Samirə avtomobilə əyləşərək burada onu tanıdıqlarını, evlərinə getməyimizi, orada cinsi əlaqədə olmağımızı istədi. Samirə ilə razılaşaraq onun Sumqayıtda yaşadığı evin yaxınlığına gəldik. Orada Samirə mənə qonşuların bizi görəcəyini dedi, ona görə də dəniz kənarına getməyimizi, amma tez qayıtmağı istədi".

"Maşında cinsi əlaqədə oldum"

Elsevər Məmmədov bildirib ki, idarə etdiyi "Toyota Camry" markalı avtomobillə Sumqayıtda dəniz kənarına gəliblər: "Orada avtomobildə Samirənin razılığı ilə könüllü olaraq onunla təbii yolla cinsi əlaqədə oldum. Sonra Samirəni aparıb 18 saylı orta məktəbin qarşısında düşürdüm. Yolda Samirə məndən 1000 manat pul istədi. Samirəyə Vəfa ilə rəfiqə olduğunu xatırlatdım. Dedim ki, Vəfan hamıya faizlə pul verir, səbə də faizsiz pul verə bilər, ona görə də Vəfaya müraciət elə".

"Əsəbləşdiyim üçün telefonumu sındırdım"

Elsevər Məmmədovun sözlərinə görə, noyabrın 25-də Vəfa onun mobil telefonuna zəng vurub: "O, əsəbi halda soruşdu ki, niyə faiz məsələsi barədə Samirəyə demişən. Vəfaya ağzımdan qaçırdığımı, ona görə də üzürlü hesab etməsini xahiş etdim. Lakin Vəfa acıqlı olduğu üçün mənə kobud sözlər dedi. Vəfa ilə danışdıqdan sonra əsəbimi cilovlaya bilmədim, "Samsunq Qalaxy J 2 prime" markalı mobil telefonumu yerə çırpdım. Samirənin mobil telefonuna zəng vurub, niyə Vəfaya bizim söhbətimiz barədə dediyini soruşdum. Əsəbləşdiyim üçün 250 manat dəyərində mobil telefonumu yerə çırpıb, sındırdığımı dedim. Mobil telefonumu sındırmağımda görə onun günahkar olduğunu söylədim. Samirəyə dedim ki, ya mənə təzə telefon alacaqsan, ya da 250 manat pul verəcəksən. Samirə əvvəl razılaşdı, lakin sonra nə telefon almayacağını, nə də pul verməyəcəyini bildirdi".