Dağıstanda yüksəklikdən yıxılan Azərbaycan vətəndaşlarının ölüm səbəbi açıqlanıb


Digərləri 24 Okt 2018 07:18:00 274 0

Dağıstanda yüksəklikdən yıxılan Azərbaycan vətəndaşlarının ölüm səbəbi açıqlanıb

Rusiyanın Dağıstan Respublikası üzrə İstintaq Komitəsi tikinti işləri zamanı yüksəklikdən yıxılan üç azərbaycanlı fəhlənin ölüm faktı üzrə yoxlama aparıb.

Son.az "report"-a istinadən bildirir ki, Komitənin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşları hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər.

İstintaq müəyyən edib ki, onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən oradaca keçiniblər.