İsveçrədə referenduma qeyriadi məsələ çıxarılacaq


Digərləri 24 Okt 2018 07:07:00 246 0

İsveçrədə referenduma qeyriadi məsələ çıxarılacaq

İsveçrə Konfederasiyasında birbaşa demokratiyanın təcəssümü olan ümumxalq səsverməsi geniş yayılıb. Bu ölkənin sakinləri istənilən mövzuda qərarlarını referendum yolu ilə qəbul etməkdən fəxr edirlər. Ölkədə hər rüb üzrə bir gün referendum təyin edilir və həll olunması üçün yetərincə imza toplamış məsələlər ümumxalq səsverməsinə çıxarılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu il noyabrın 25-də keçiriləcək referendumda səsverməyə çıxarılan məsələlərdən biri ölkə hüdudlarından da kənarda maraqla qarşılanıb. Belə ki, bir qrup təşəbbüsçü fermerlərə buynuzlu mal-qara saxlamağa görə dövlət tərəfindən subsidiya verilməsi təklifi ilə çıxış ediblər. Alp dağlarında fermerliklə məşğul olan Armin Kapaulun təşəbbüsü keçən il referenduma çıxarılmasa da, o, öz inadından əl çəkməyib.

İsveçrədə hər on inəkdən doqquzunun buynuzu yoxdur, çünki heyvanların buynuzu kəsildikdən sonra, lazerlə dağlanır. Sənayeləşmiş kənd təsərrüfatı dövründə bu üsulla heyvanların insanlar, həmçinin bir-birinə xətər yetirməsinin qarşısı alındığına görə, tövlələrin böyük olmasına ehtiyac qalmır.