Zərdabda traktorla "VAZ" toqquşub, ölən var


Digərləri 24 Okt 2018 05:05:00 242 0

Zərdabda traktorla "VAZ" toqquşub, ölən var

Zərdab rayonunda “Belarus” markalı traktorla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Bakı. Zərdab rayonunda “Belarus” markalı traktorla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Trend-ə FHN-dən verilən məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1964-cü il təvəllüdlü Əhmədov Əjdər Şəmkir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.