Ağır atletimiz Avropa birinciliyində gümüş medal qazanıb


Digərləri 24 Okt 2018 04:33:11 267 0

Ağır atletimiz Avropa birinciliyində gümüş medal qazanıb

Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Bakı. Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Trend-in məlumatına görə, onlardan daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 136 kq-ı ram edərək 4-cü olub.