Qalxanabənzər vəzdə şiş şübhəsi


Digərləri 24 Okt 2018 01:01:00 328 0

Qalxanabənzər vəzdə şiş şübhəsi

Hansı orqanda əmələ gəlməsindən asılı olmayaraq əsrin bəlasına çevrilən bədxassəli şiş çox böyük narahatlıq doğurur.

Qalxanabənzər düyünlərdə yaranan şiş növünü müəyyən etmək üçün bir sıra üsullardan istifadə olunur.

Son.az bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova AZƏRTAC-a bu barədə məlumat verib.

Həkim deyib: "Qalxanabənzər vəz düyünləri xəstənin özünün və ya həkimin fiziki müayinə əsasında boyunda kütlənin ələ gəlməsi, bəzən də aparılan müayinələr zamanı təsadüfən aşkar edilir. Düyün aşkarlananda onun xoş və ya bəd olmasını müəyyənləşdirmək çox vacibdir. Qalxanabənzər vəz düyünlərinin bədxassəli olma ehtimalı çox azdır. Xəstədə klinik olaraq düyün aşkarlananda ilk növbədə anamnez, fiziki baxış, tiroid vəzin funksional testləri, ultrasəs, biopsiya, habelə ssintiqrafiya müayinələri aparılır.