Beyləqanda 2 top mərmisi və 24 boş giliz tapılıb (FOTO)


Digərləri 24 Okt 2018 00:31:32 230 0

Beyləqanda 2 top mərmisi və 24 boş giliz tapılıb (FOTO)

Beyləqanda partlamamış hərbi sursatlar aşkarlanıb.

Bakı. Beyləqanda partlamamış hərbi sursatlar aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 23 Oktyabr tarixində saat 14:12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Beyləqan rayonu, Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və AnchorBeyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.