Günün qoroskopu: məişət problemləri ön plana çıxacaq


Digərləri 24 Okt 2018 00:01:00 251 0

Günün qoroskopu: məişət problemləri ön plana çıxacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yarımçıq qalmış işləri başa vurun. Bu gün bir neçə təklif ala bilərsiniz. Aldanmayın, həmin təkliflər ciddi deyil. Yaxın günlərdə sayı çox olacaq ideyaların dəyərləndirilməsinə ehtiyac duyulacağını bilin. Ünsiyyətdə səbrli və təmkinli olun, çərçivəni daraldın. Gələcəyiniz üçün önəmli görüşü müəyyənləşdirib fəallıq edin. Tərəfdaş və ya şəriklə münasibətlərdə yeni məqamlar yaranır. Həssas olun, unudulmasına ehtiyac duyulan "xatirə"ni qabartmayın, əməkdaşlığın daha məhsuldar variantını arayın.

Buğa - hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq. Kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər. Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada inkişaf edən hadisələrin təsiri altında reallaşdırın. Eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir.

Əkizlər - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq. Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın. Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq.

Xərçəng - hisslər və hissiyat günüdür. İntuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın. Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz hadisələr anlaşılmazlıq yarada bilər. Amma bütün bunlarla yanaşı, fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən həll edin. Yeni simalar görmək üçün müxtəlif yerlərdə olun. İnformasiya arayırsınız, amma sırf praktik məqamlarla maraqlanın.

Şir - sizin gününüzdür. Proseslərin tempini siz müəyyənləşdirirsiniz. Yaxın ətrafınızdakı insanlar da o axına riayət etmək məcburiyyətində qalırlar. İstənilən situasiyada aktiv hərəkət etmək bacarığına malik olun. İşgüzar məsələlərin müzakirəsində, tapşırıq və ya sifarişin qəbul olunmasında təfərrüatlara, şərtlərə və vədlərə fikir verin. Laqeyd olmayın.

Qız -  son vaxtlar işlərinizə dəfələrlə müdaxilə edən, planlarınızı pozmağa çalışan xoşagəlməz insanla qarşılaşacaqsınız. Təbii ki, belə görüş sizdə ruh yüksəkliyi yaratmayacaq. Qıcıq və sinirin öhdəsindən gəlməyə, batininizdəki müvazinəti bərpa etməyə vaxt gərəkdir. Günün ikinci yarısında problemlə qarşılaşa bilərsiniz. Eksperimentlər və sınaqlar vaxtı deyil, sınanmış metodlardan istifadə edin. Yorucu, ağır iş görməyin. Orqanizminizi sınağa çəkməyin.