Şabran bazarında bıçaqlanma baş verdi


Digərləri 23 Okt 2018 23:52:00 271 0

Şabran bazarında bıçaqlanma baş verdi

Şabranda bıçaqlanma hadisəsi baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə 19:30 radələrində rayonun bazarında baş verib.

1992-ci il təvəllüdlü Novruzov İlkin Səhrab oğlu, 1996-ci il təvəllüdlü Əmiraslanov Elməddin Nəcməddin oğlunu qarın boşluğu nahiyəsindən bıçaqlayıb.

Hazırda E.Əmiraslanovun vəziyyəti ağırdır. Hadisənin tərəfləri, içkili halda yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.