AST Telman Putinə "tövbə" məktubu yolladı


Dünya 23 Okt 2018 23:48:00 302 0

AST Telman Putinə "tövbə" məktubu yolladı

Məşhur iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə etiraf edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, iş adamı prezidentə məktub yazıb.

Məktubda İsmayılov iddia edib ki, keçmiş biznes ortağının qurbanı olub.

Məktub birbaşa ölkə başçısına ünvanlanıb. Qeyd olunur ki, məktub 12 səhifədən ibarətdir.

İsmayılov məktubunda qeyd edib ki, "Çerkizov" bazarı bağlanandan sonra o, ən ədalətsiz vəziyyətə düşüb. Belə ki, onun şərikinə biznesini davam etdirmək üçün böyük ərazi ayrılsa da, ona heç nə verilməyib.