Müsəlman olmayanlardan kimlərsə behiştə gedəcəkdirmi?


Digərləri 23 Okt 2018 22:55:00 241 0

Müsəlman olmayanlardan kimlərsə behiştə gedəcəkdirmi?

İnsan xəlq olduqdan indiyə qədər Allahın yerə göndərdiyi din - əslinrə eyni bir dindir. Ona görə də hər bir din Allah yanında xüsusi məqam və əhəmiyyətə malikdir, eləcə də onların davamçıları.

Axirətdə insanın xilas olması iki şeydən asılıdır. Əgər insan saleh əməllər yerinə yetiribdirsə, Allahı və Qiyamətini düzgün tanıyırsa və Quranın da buyurduğu kimi səlim qəlbə malikdirsə - Qiyamət günü xilas olanlardan olacaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, İslam maarifi buyurur ki, Allah Təala, Öz ədaləti üzərindən hökm verər. Yəni, Allah adildir və hüccətini tamam etmədən heç kəsə əzab verməz. O zaman ki, onları Kitabına və göstərişlərini yerinə yetirməyə dəvət edər - artıq heç kəsdə bundan boyun qaçırtmaq üçün bəhanə qalmaz. Ancaq əgər Allah bəzi insanlara hüccətini tanıda bilməmiş və onlar Allahı tanımadan dünyadan gedibdirlərsə - əlbəttə ki, Adil Allah onlara əzab verməyəcəkdir.

İslam dinində küfrün bir neçə mənası vardır. Onlardan biri - həqiqətləri inkar etməkdir. Bu insanlar Qiyamət günü əzaba düçar olunacaqlar.

Hər bir əməlin iki tərəfi olar. Biri əməlin xaricidir, biri isə batini, yəni niyyət və qəsdi. Əgər əməlin hər iki tərəfi yaxşı olarsa, bu cür əməl insanı Qiyamət günü xilas edər. Hətta əgər bu əməli müsəlman olmayan biri yerinə yetirsə belə.

Bəzi günahlar vardır ki, insanın saleh əməllərini məhv edə bilir. Ola bilsin ki, müsəlman olmayan biri saleh əməl yerinə yetirsin, ancaq sonra bəzi günahlar etməklə həmin əməlini məhv etsin.