Ucarda avtomobilin dirəyə çırpıldı: 2 ölü


Digərləri 23 Okt 2018 21:32:00 243 0

Ucarda avtomobilin dirəyə çırpıldı: 2 ölü

Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun 250 km-də qeydə alınıb.

Bakı şəhəri istiqamətində hərəkətdə olan 1949-cu il təvəllüdlü Gədəbəy rayon sakini Elman Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq kənardakı nəzarət kamerası dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və yanında olan 1956-cı il təvəllüdlü sərnişin Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən ölüblər.

Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası da yarasız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.