Abdullah ibn Abbas Həzrət Əliyə xəyanət edibmi?


Digərləri 23 Okt 2018 21:20:00 297 0

Abdullah ibn Abbas Həzrət Əliyə xəyanət edibmi?

Abdullah ibn Abbas Həzrət Muhəmməd Peyğəmbərin (s) və İmam Əlinin (ə) əmisi oğlu idi. O, Əhli-beyt tərəfdarı olmuş, öz biliyi ilə seçilmişdir. Quran təfsirində Abdullah xüsusi məharət sahibi idi. Bəzi mənbələrdə onun İmam Əli (ə) tərəfindən Bəsrə valisi təyin edildiyi, sonra İmama xəyanət edərək beytül-maldan külli miadarda məbləği mənimsədiyi yazılıb.

Son.az islam.az-a istinadən bildirir ki, guya işin üstü açılanda Abdullah pulu da götürüb Müaviyənin tərəfinə keçmişdi. Bu məlumatlar şiə mənbələrində yazılanlarla uyğun gəlmir. Böyük ehtimalla, bu cür xəbərlər Abdullah ibn Abbası ləkələmək məqsədi ilə uydurulmuşdur. Digər nəzəriyyəyə görə, əslində İmama xəyanət edən şəxs Abdullahın qardaşı Übeydullah ibn Abbas olmuşdur. Bu iki adın ərəbcə yazılışı bircə hərflə fərqlənir, ola bilər ki, kitablardakı yanlışlıq nəticəsində Übeydullahın günahı Abdullaha aid edilmişdir. Abdulah ibn Abbas ömrünün sonuna kimi Əhli-beytə sadiq qalmış, öz elmindən və nüfuzundan Əhli-beyti qorumaq üçün istifadə etmişdir.