Qıza bahalı maşın və evlənmə təklif edən oğlan


Digərləri 23 Okt 2018 21:27:00 254 0

Qıza bahalı maşın və evlənmə təklif edən oğlan

Çində qız insanların gözü qarşısında imkanlı oğlanın evlənmə təklifini rədd edib.

Son.az oxu.az-a istinadən bildirir ki, oğlan qıza "Lamborghini" markalı avtomobil də hədiyyə etsə belə, qarşı tərəfin müsbət cavabına nail ola bilməyib. Oğlanın dizə çökərək evlənmə təklifinə rədd cavabı verən xanım "Bağışla, istəmirəm" deyə bildirib.

Lakin oğlan fikrindən dönmək niyyətində olmayıb. Onun "Çoxlu pulum var, nə qədər istəsən, o qədər sənə avtomobil ala bilərəm. Mənə ərə gəl" yalvarışına qız "Nə olsun ki, pulun var?" deyərək rəfiqəsi ilə birlikdə görüş yerini tərk edib.