Zərdabda minik maşını traktorla toqquşub,


Digərləri 23 Okt 2018 21:29:00 325 0

Zərdabda minik maşını traktorla toqquşub,

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Zərdab-Mollakənd-Kürdəmir yolu Kürdəmir istiqamətində hərəkətdə olan traktor minik maşını ilə toqquşub.

Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölub. Hazırda ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.