Daşkəsəndə “Zaman və lider” filminin nümayişi olub (FOTO)


Digərləri 23 Okt 2018 21:11:23 255 0

Daşkəsəndə “Zaman və lider” filminin nümayişi olub (FOTO)

“Müasir Azərbaycan dövlətinin banisi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətinin banisi” mövzusunda maarifləndirici tədbir keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə yerli ictimaiyyət nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev açaraq, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda yaranan stabillik, xalqın dövlətə inamı, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi barədə məlumat verib. Bilik Fondunun Daşkəsən rayonu üzrə nümayəndəsi Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin direktoru Aybəniz Vəliyeva Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin əhaliyə çatdırılması üçün Fondun apardığı maarifləndirici işlərin əhəmiyyətindən bəhs edib.