Azərbaycanda təhlükəli qrip var?


Digərləri 23 Okt 2018 21:00:57 314 0

Azərbaycanda təhlükəli qrip var?

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, bu il ağır kəskin respirator virus infeksiyalarına yoluxanların sayında artım müşahidə edilməyib və infeksiyalara yoluxanların builki sayı ötənilki səviyyədədir.

N.Brumendfard əlavə edib ki, ötən il Azərbaycanda ağır kəskin respirator virus infeksiyalarına yoluxan insanların 78-də qrip aşkarlanmışdı: "Onlarda da adi qrip - "B" qripi olub. Bu qrip pandemik qrip virusu hesab olunmur. Azərbaycanda qrip virusu dövr edirsə, bu, diqqətdən yayına bilməz. Hələ ki, ölkə ərazisində kəskin respirator virus infeksiyaları və qriplə bağlı narahatlıq yoxdur, vəziyyət stabildir".

Mərkəz rəsmisi qeyd edib ki, son illər ərzində Azərbaycanda daha təhlükəli olan "A" tipli qripə yoluxma halı aşkarlanmayıb: