Tənhalığa dair təəccüblü məlumatlar


Digərləri 23 Okt 2018 21:06:00 207 0

Tənhalığa dair təəccüblü məlumatlar

Araşdırmalar tənhalıq hissi mövzusunda bildiyimizi hesab etdiyimiz, amma səhv etdiyimiz bir çox mövzu olduğunu göstərir. BBC-nin keçirdiyi tənhalıq sorğusundan ortaya çıxan məlumatar...

BBC-nin keçirdiyi sorğuda dünyanın bir çox ərazisindən 55 min insan iştirak edib. Sorğunu Böyük Britaniyadakı üç universitetdən olan alimlər Londondakı Wellcome Collection ilə əməkdaşlıq edərək hazırlayblar.

1. Gənclər yaşlılardan daha çox tənhalıq hissi keçirirlər

Tənhalıq hissi keçirən birini xəyalımızda canlandırmaq lazım gəlsə ağlımıza o dəqiqə yaşlı bir insan gəlir.

BBC-nin keçirdiyi Tənhalıq Təcrübəsində yaşı 75-dən yuxarı olanların 27 faizi özlərini tənha hiss etdiklərini söyləyib.

Lakin yaş qrupları arasındakı fərqlər olduqca təəccüblüdür. 16-24 yaş qrupundakı gənclərin 40 faizi tənhalıq hissinə qapıldıqlarını ifadə ediblər.

Daha irəli yaşdakı insanlara da həyatlarında özlərini ən tənha hiss etdikləri dövrü soruşan zaman gənclik çağlarını vurğulayıblar.

Yəni tənhalıq hissi müasir həyatla bağlı problemdən çox gənc olmaqla əlaqəli amillərdən qaynaqlanır.

Gənclik illərini daha çox azadlıq, təhsili bitirib həyatın axarına nəzarət etmək dövrü kimi düşünürük.

Amma bu eyni zamanda bir keçid dövrüdür: evdən ayrılmaq, universitetə başlamaq, yeni bir işə girmək və sairə.

Bütün bunlar insanı keçmiş dostlarından ayırdığı kimi, eyni zamanda insanın kim olduğunu və dünyadakı yerini başa düşməyə və müəyyən etməyə çalışdığı bir dövrdür.

Bundan başqa, gənclər bu hissə adət etməyiblər. Bunun müvəqqəti olduğunu hələ bilmədikləri kimi onu keçmək yollarını da bilmirlər.

2. İnsanların 41 faizi tənhalığın müsbət ola biləcəyini düşünür

Bu məlumat nevropatoloq John Cacioppo-nun fikirləriylə paralellik göstərir.

Buna görə xoş bir hiss olmasa da, faydalı olduğu üçün insanlar tənhalıq hissini keçirən bir obyekt oldu.

İnsanlar əməkdaşlıq edərək varlığını qorumuşdur.

Bir qrupdan təcrid edildiyini hiss edən insan tənhalıq hissinin yaratdığı impulsla insanlarla münasibət qurmağa, dostluq etməyə, keçmiş əlaqələrini canlandırmağa istiqamətlənir.

Lakin bu hissin xroniki hala gəlməsi problem yarada bilər, insanın rifahına və hətta sağlamlığına ciddi təsir göstərə bilər.

Uzun müddətli tənhalıq hissi ilə bir il sonra artan depressiya riski arasında əlaqə olduğu məlumdur.

Xroniki tənhalıq hissinə gəldikdə isə tənhalığın müsbət təsirləri olduğuna inandığını söyləyən insanların sayının aşağı düşdüyü görünür.

3. Tənhalıq hissinə qapılan insanların sosial bacarıqları orta səviyyədən daha yaxşı və ya pis deyil

Tənhalıq yaşayan insanların dostluq etməkdə çətinlik çəkdikləri və sosial bacarıqlarını inkişaf etdirməyin faydalı olacağı güman edilir.

Halbuki məlumatlar bunu təsdiqləmir.