Niyə çox təvazökar olmamaq lazımdır?


Digərləri 23 Okt 2018 21:07:00 258 0

Niyə çox təvazökar olmamaq lazımdır?

Bir çox mədəniyyətdə təvazökarlıq yaxşı bir xüsusiyyət kimi qəbul edilir.

Ancaq yeni araşdırmalar qurur hissi keçirtmək və bunu göstərmək meylinin təkamül səbəblərinə bağlı olaraq inkişaf etdiyini və bu gün də əhəmiyyətli rol oynadığını göstərir.

Çoxumuz qürurun və lovğalanmağın pis bir şey olduğuna qulaq asaraq böyüyürük. Amma lovğalanmağı dağıdıcı bir təsir olaraq qəbul etmək ona qarşı haqsızlıqdır. Bu hissin bir təkümül funksiyası olduğunu və dünya ilə ünsiyyətdə mühüm rol oynadığını göstərən yeni məlumatlar var.

Qürur nümayişlərinə hər mədəniyyətdə və hər yaşda rast gəlmək olar. Ona aid edilən məlum bir vəziyyət belə vardır: dik durmaq, qolları açmaq, başı yuxarı qaldırmaq kimi.

British Columbia Universitetinin psixologiya professoru və "Pride: The Secret of Success" (Qürur: Müvəfəqiyyətin sirri) kitabının müəllifi Jessica Tracy-nin apardığı araşdırmalar, anadangəlmə kor olan insanların belə bu duruşu nümayiş etdirdiklərini və bunun qürurun sosial cəhətdən öyrənilən bir davranışdan çox təkamül qurluşumuzun bir hissəsi olduğunu göstərir.

Başqa bir yeni araşdırmaya görə, qürur hissi insana və ətrafındakılara bəzi sosial faydalar gətirdiyi üçün meydana çıxır. California Universitetində təkamül psixoloqiyası üzrə professor Leda Cosmides ovçu-toplayıcı cəmiyyətlərdə, insanın rifahının əhəmiyyəti mövzusunda digər üzvləri razı salmaqda qürurun əsas rol oynadığını bildirir.

Cosmides-in universitet tələbələriylə apardığı araşdırmada, çətin bir işin öhdəsindən gələn zaman və ya müəyyən xüsusiyyətimiz səbəbiylə keçirdiyimiz qürur hissinin təkamül baxımından güclü bir motivasiya mənbəyi olduğu qəbul edilir.

"Əgər vaxtınızı müəyyən bir bacarığı öyrənməyə sərf etsəniz, bunun insanların qiymətləndirdiyi bir bacarıq olması sizin nöqteyi-nəzərdən daha yaxşı olar" Cosmides deyir.

Dəyərli bir bacarığınız olduğunu göstərməyin ən yaxşı yolu bundan keçirdiyiniz qürur hissini göstərməkdir. Bu qürur hissini göstərdiyiniz zaman "nailiyyətinizi reklam etmiş" olursunuz, Montreal Universitetinin psixologiya professoru Daniel Sznycer belə deyir.

Selfitis: Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? Əmrlərə qarşı çıxmaq qabiliyyətinə necə yiyələnmək olar?

"Əks halda müvəfəqiyyətinizin nə olduğunu, sizə nə qədər dəyər vermək lazım olduğunu bilmərəm".

2017-ci ildə dərc edilən başqa bir araşdırmada Sznycer, Cosmides və başqa tədqiqatçıların 16 ölkədə keçirdikləri təcrübələrdə iştirakçılara bəzi müsbət xüsusiyyətləri olan insanlar təsvir edilmiş və buna görə o insanlara bal verməkləri istənmişdi.

Başqa bir qrupa isə o xüsusiyyətlərə sahib olduqları təqdirdə nə qədər qürur hissi keçirəcəkləri sualı verilmişdi.

Qürur insanın həm özünə, həm də cəmiyyətə faydalı bir xüsusiyyətini ətraf dünyaya göstərməyin bir yoludur

Bal vermə ilə qürur səviyyəsi arasında paralellik müşahidə edilib. Yəni bir xüsusiyyətin bizə qurur hissi verəcəyini düşünsək, bu, o xüsusiyyətlə digər insanlara yaxşı görünmək vəziyyətidir.