Əsl yaş, yoxsa hiss etdiyin yaş mühümdür?


Digərləri 23 Okt 2018 21:09:00 225 0

Əsl yaş, yoxsa hiss etdiyin yaş mühümdür?

Bir çox insan özünü həqiqi yaşından daha gənc və ya daha yaşlı hiss edir. Bu "subyektiv yaş" qəbulunun bədən və psixi sağlamlıq üzərində böyük təsiri olduğu ehtimal olunur.

Deyək ki, doğum şəhadətnaməniz yoxdur; özünüzü hansı yaşda hiss edirsinizsə, o yaşdasınız. Hansı yaşda olduğunuzu söylərdiniz?

Boyunuz və ayaq ölçünüz kimi dünyaya gəldiyiniz gündən bəri ötən vaxt dəyişdiriləməyən bir faktdır. Ancaq yaşlanma müddətini çox insan fərqli yaşayır; bəziləri özünü olduğundan daha gənc, bəziləri isə daha yaşlı hiss edir.

Bu mövzu gedərək alimlərin diqqətini daha çox çəkməyə başlayır. Bu "subyektiv yaş" qəbulu bəzi insanların yaşlandıqca gözəlləşdiyi vaxt bəzilərinin niyə saralıb-solduğunu başa düşməkdə əhəmiyyətli rol oynaya bilər.

Yaşlanmağa təsir edən amillər

İnsanın özünü olduğundan gənc hiss etmək dərəcəsi gələcəklə bağlı qərarlarına təsir göstərə bilər.

Bundan başqa, bir çox araşdırmada hiss edilən yaşın ölüm riski də daxil olmaqla sağlamlıq baxımından bir çox mühüm nəticələri proqnozlaşdırmaqda təsirli olduğu məlum olmuşdur. Əslində bir çox cəhətdən həqiqətən də insan hiss etdiyi yaşdadır.

Tədqiqatçılar indi də insanın yaşlanma müddətinə təsir edən bioloji, psixoloji və sosial amilləri müəyyən edərək daha uzun və sağlam həyat sirlərini öyrənmə çalışırlar.

Bu mövzu uzun zamandır alimlərin diqqətini çəkməklə yanaşı son 10 ildə artaraq həqiqi yaşla hiss edilən yaş arasındakı fərqin psixoloji və fiziki təsirləri üzərində cəmləşib.

Yaşlandıqca xarakter dəyişikliyi

Tədqiqatların maraqlı sahələrindən biri də hiss edilən yaşın insan şəxsiyyətinə necə təsir etməsidir. Yaşlandıqca insanların dolğunlaşıb yumşalması, kənara meyillilik və yeni təcrübələrə açıq olmaq xüsusiyyətinin azalması bizə məlumdur. Bu cür xarakter dəyişiklikləri, özünü olduğundan daha gənc hiss edən insanlarda daha az ikən, daha yaşlı hiss edənlərdə daha çox hiss edilir.

Lakin özünü olduğundan daha gənc hiss edənlər də normal yaşlanma müddətindəki bu müsbət dəyişiklikdən keçərək dolğunlaşır. Ancaq onlarda bu, enejinin və gəncliyin tükənməsi bahasına başa gəlmir. Özünü oduğundan daha gənc hiss edən insanların yaşlanma müddətində depressiya və demans (ağlını itirmə) riski, xəstəliklər səbəbiylə xəstəxanaya yatmaq riski azalır, daha yaxşı mənəvi və fiziki sağlamlığa gətirib çıxarır.