Matəm ənənəsi əhlisünnə mənbələrində


Digərləri 23 Okt 2018 21:10:00 264 0

Matəm ənənəsi əhlisünnə mənbələrində

Tabeindən olan məşhur alim, Məkkənin yeddi böyük fəqihindən biri Səid ibn Müseyyib rəvayət edir ki, Peyğəmbər (s) dünyasını dəyişəndə Məkkəni ah-nalə səsləri bürümüşdü.

(İbn Əsakirin "Tarix Diməşq" kitabının müxtəsəri, 13-cü cild, səh. 129;

Mühəmməd ibn İshaq Fakihi Məkki. Əxbar Məkkə, 3-cü cild, səh. 80, hədis 1832).

Hətta Ümmülmöminin Aişə də Peyğəmbərin (s) vəfatına ağladığını, üzünə və sinəsinə döydüyünü etiraf edirdi. Aişə xatundan rəvayət edilir ki, demişdir: "Mən digər qadınlarla birlikdə sinəmə və başıma vururdum". Bu sözlər Peyğəmbərin (s) həyatı barədə ən mötəbər sayılan mənbələrdən birində - İbn Hişam tərəfindən qələmə alınmış "əl-Siyrət əl-nəbəviyyə" kitabında verilmişdir (4-cü cild, səh. 306).

Son.az islam.az-a istinadən bildirir ki, əhli-sünnənin məzhəb başçısı və görkəmli hədis alimi Əhməd ibn Hənbəl də "Müsnəd" əsərində bu rəvayəti qeyd etmişdir (6-cı cild, səh. 274).

Məşhur tarixçi Təbəri də Aişə xatunun bu sözlərini eynilə rəvayət etmişdir (3-cü cild, səh. 199).

Şəmsəddin Zəhəbi "Tarix əl-İslam" kitabının "Siyrət əl-nəbəviyyə" cildində Aişə xatunun sözlərini bu şəkildə nəql edir: "Sonra qadınlarla birlikdə durub ağladım və sinəmə vurdum" (2-ci cild, səh. 652).

***

Digər məşhur səhabələr də yaxın dostlarının və görkəmli şəxslərin vəfatı qarşısında üzülərək ağlamışlar. Kitablarda ikinci xəlifə Ömər ibn Xəttabın, Abdullah ibn Məsudun, Abdullah ibn Rəvahənin öz dostlarının ölümünə ağladıqları qeyd edilib.