Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərə hökm oxundu


Digərləri 23 Okt 2018 20:30:04 222 0

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Mansurov 11 il, B.Camalov isə 4 il 6 ay azadlıqdan məhrum edilib.