Türkiyə polisi Qaşıqçının qətli ilə bağlı bir mülkdə axtarış aparıb


Dünya 23 Okt 2018 20:17:00 239 0

Türkiyə polisi Qaşıqçının qətli ilə bağlı bir mülkdə axtarış aparıb

Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı araşdırma çərçivəsində bir mülkdə axtarış aparıb.

Son.az report-a istinadən bildirir ki, Mərmərə dənizinin sahilində yerləşən Yalova şəhəri yaxınlığındakı Termal yaşayış məntəqəsində üçmərtəbəli villanın jurnalistin qətlə yetirilməsində şübhəli bilinən səudiyyəlilərdən birinə məxsus olduğu ehtimal edilir. 

Qəzet, həmçinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun attaşesi Əhməd Abdulla əl-Muzəininin qətlin təşkilatçısı olduğunu da yazıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.