Fransa səfiri Azərbaycan Xarici İşlər Naziriyinə çağırılıb


Digərləri 23 Okt 2018 20:12:00 222 0

Fransa səfiri Azərbaycan Xarici İşlər Naziriyinə çağırılıb

Fransanın ölkəmizdəki səfiri Azərbaycan Respubikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakı. Fransanın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Ona, Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib. Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa Hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə AR XİN-in rəsmi notası təqdim olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin