Repçi klip çəkilişi zamanı təyyarədən düşərək öldü


Dünya 23 Okt 2018 19:16:00 310 0

Repçi klip çəkilişi zamanı təyyarədən düşərək öldü

Kanadalı repçi Con Ceyms Makmürrey Britaniya Kolumbiyası əyalətində klip çəkilişi zamanı ölüb.

Son.az report-a istinadən xəbər verir ki, 34 yaşlı repçi təyyarənin qanadında tryuk göstərməyə çalışarkən balaca təyyarə həmin qanadı üstdə əyilib və pilot idarəetməni itirib.

Məlumata görə, Con düşərkən paraşütdən istifadə etməyə çalışsa da, artıq gec olub. Pilot isə sonradan təyyarənin müvazinətini bərpa etməyi bacarıb və uğurlu eniş edib.