Prokuror qətl törədən mütəşəkkil dəstə üzvlərinə cəza istədi


Digərləri 23 Okt 2018 17:55:00 270 0

Prokuror qətl törədən mütəşəkkil dəstə üzvlərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslər - Xəyal Paşayevin 20 il, Kənan Həsənov və Bilal Bayramovun 19 il, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 30-da davam edəcək.