Bakıda 14 yaşlı qız eyvandan yıxıldı


Digərləri 23 Okt 2018 17:59:00 227 0

Bakıda 14 yaşlı qız eyvandan yıxıldı

Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxılaraq ağır xəsarət alıb. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, İsmayılov küçəsi, 3 ünvanında baş verib.

O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, bud sümüyünün sınığı və qarnın küt travması diqnozu ilə xəstəxanaya gətirilən yeniyetmənin vəziyyəti orta ağırdır.