Azərbaycan xarici dövlət borclanmasının yuxarı həddini 2 dəfə aşağı salır


Digərləri 23 Okt 2018 16:55:00 263 0

Azərbaycan xarici dövlət borclanmasının yuxarı həddini 2 dəfə aşağı salır

2019-cu il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2 334,8 mln. manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 72 mln. manat və yaxud 3,2% çoxdur.

Son.az bu barədə report-a istinadən xəbər verir. 

Bu xərclərin 172,6 mln. manat hissəsini daxili dövlət borcuna xidmət xərcləri (2018-ci illə müqayisədə 69,4 mln. manat çox), 2 162,2 mln. manatının isə xarici xarici dövlət borcuna xidmət xərcləri təşkil edir. (2018-ci illə müqayisədə 2,6 mln. manat çox)