Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq


Digərləri 23 Okt 2018 16:37:00 281 0

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq

Azərbaycanda 2019-ci il dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği ötən illə müqayisədə artırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində ümumilikdə müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir.

Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır.