Aparıcı Vüsalə: “Biz onlarla rəqabətə girə bilmərik” –


Şou-biznes 23 Okt 2018 15:56:00 458 0

Aparıcı Vüsalə: “Biz onlarla rəqabətə girə bilmərik” –

"İnsanın həyatda öyrəşmədiyi nə var ki..."

Son.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə primetime.az-a müsahibəsində deyib.

- Uzun olmasa da, müəyyən bir aradan sonra yenidən efirə qayıdırsan. Yeni verilişindən bir az məlumat ver.

- Tezliklə yeni layihəmiz olacaq.  Dəb ilə bağlıdır. Verilişdən böyük ümidlərimiz var. 2 saatlıq olan veriliş, həftə sonları ATV telekanalında yayımlanacaq. Xanımların geyim, danışıq, ünsiyyət, mədəniyyət üzrə yarışı olacaq. Mən verilişdə aparıcı olacam, jüri kürsüsündə isə stilist Elnur Həsənov və modelyer Gülnarə Xəlilova olacaq. Layihə Türkiyənin "Rəng media" şirkəti tərəfindən təklif olunub. Bu onların sayca Azərbaycanda 3-cü verilişləridir. Belə ki, bundan əvvəl "Məni yarımdan soruş", "Bu stil mənim" kimi lisenziyalı verilişləri olub. Ola bilsin ki, Türkiyədən də qonağımız olsun.  Xanımlara aid olan verilişdir deyə, mənə çox yaxındır.  Proqram bu aylarda efirə çıxmalıdır. Əgər, hər şeyin yolunda getsə.

- Sonuncu dəfə "Qardaşlar" serialında rol almışdın. Aktrisalığa davam, yoxsa tamam?

- Bu il iki seriala çəkilmək təklifi gəlib. Biri ilə iş rejimim üst-üstə düşmədiyinə görə razı olmadım . Digəri haqda isə düşünürəm.

-  Bilirik ki, məşhurların bişirmək yox, yeməklə arası yaxşıdır. Bəs sənin əlinin duzu var?

- Aram həmişə əla olub. Özümün rəsmi "YouTube" səhifəm var. Maraqlı yeməklərin reseptlərini paylaşıram.  Eyni zamanda işlərimi, qızım ilə maraqlı anları da yerləşdirirəm . Əvvəl düşünürdüm ki, tez-tez videolar çəkəcəm. Mənə çətin olmaz. İndi isə iş sıxlığından alınmır.

- Bəs, pul qazana bilirsən?


Xəbərə aid fotolar