Başqalarının evində yaşayan köçkünlər yeni mənzillərlə təmin olunacaq


Digərləri 23 Okt 2018 15:42:00 218 0

Başqalarının evində yaşayan köçkünlər yeni mənzillərlə təmin olunacaq

Digər vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək.

Bakı. İlhamə İsabalayeva – Digər vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək. Trend-in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb. Sənədə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.