İçərisində külli miqdarda pul olan seyfi oğurlayanların ibtidai istintaqı başa çatdı


Digərləri 23 Okt 2018 15:16:00 271 0

İçərisində külli miqdarda pul olan seyfi oğurlayanların ibtidai istintaqı başa çatdı

Bakıda evdən içərisində 30 000 dollar və 100 000 manat dəyərində qızıl olan seyf oğurlamaqda təqsirləndirilən Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin edilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.