Baş Prokurorluq: "Ləğv olunmuş MTNin sabiq şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılmayıb"


Digərləri 23 Okt 2018 15:19:12 257 0

Baş Prokurorluq: "Ləğv olunmuş MTNin sabiq şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılmayıb"

Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə informasiyalar yayılıb.

Son.az xəbər verir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur.

Belə ki, rüşvət alma, hədə-qorxu ilə tələb etmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir.