Daşkəsəndə valideynlərini bu hala salan oğul saxlanıldı


Digərləri 23 Okt 2018 14:40:00 287 0

Daşkəsəndə valideynlərini bu hala salan oğul saxlanıldı

Daşkəsəndə ata-anasını döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alması barəsində Daşkəsən rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.


Xəbərə aid fotolar