Bakıda daha bir quldur "zek" tutulub


Digərləri 23 Okt 2018 14:42:00 251 0

Bakıda daha bir quldur "zek" tutulub

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. Belə ki, rayon sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə müraciət edərək Qara Qarayev prospekti 1 ünvanında tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.