Otel sahibi qadına görə ərini yerə çırpdı


Digərləri 23 Okt 2018 14:32:00 250 0

Otel sahibi qadına görə ərini yerə çırpdı

Arvadı ilə mübahisə edən, sonra da qadını döyməyə hazırlaşan əri görən otel sahibi sərxoş kişini sakitləşdirməyə çalışıb. Lakin sərxoş kişi arvadının yanında "qəhrəman" kimi görünmək üçün otel sahibini yumruqla vurub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay İspaniyanın Menorka bölgəsinin şimalındakı Fornellsdə, "Carema Club Resort" otelində yaşanıb.

4 ulduzlu otelin sahibi Maks Vaynbinder foyedə kişi ilə qadının mübahisə etdiyini görəndə onlara yaxınlaşıb.

Sözləri çəp gələnlər Britaniya vətəndaşları olan ərlə arvaddır.

Əri sakitləşdirməyə çalışan Vaynbinder hücuma məruz qalıb.


Xəbərə aid fotolar