Lənkəranda icazəsiz balıq ovlayan şəxslər saxlanıldı


Digərləri 23 Okt 2018 14:34:00 266 0

Lənkəranda icazəsiz balıq ovlayan şəxslər saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran şəhər akvatoriyasında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Lənkəran rayon sakinləri Rüfət Kərimov və Niyaz Əskərov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində 440 manat məbləğində iddia qaldırılıb.