Bu ilin 9 ayında 78 nəfər insan alveri qurbanına yardım göstərilib


Digərləri 23 Okt 2018 14:32:23 254 0

Bu ilin 9 ayında 78 nəfər insan alveri qurbanına yardım göstərilib

21 nəfər potensial insan alveri qurbanı da müvafiq yardımlarla təmin edilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 78 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərib. Nazirlikdən Trend-ə verilən məlumata görə, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 21 nəfər potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) da müvafiq yardımlarla təmin edilib.