Bunların işigücü maşınlardan oğurluq etmək imiş


Digərləri 23 Okt 2018 14:28:00 215 0

Bunların işigücü maşınlardan oğurluq etmək imiş

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən qadın oktyabrın 20-də Topçubaşov küçəsində "KİA" markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə geyim əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rizvan Quliyev və T.Mustafazadə saxlanılıblar.

Onların oktyabrın 22-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Z.Cəfərovun "Nissan" markalı avtomobilindən də eyni üsulla avtomobilin sənədini, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlamaları da müəyyən edilib.