“Zeytun bağları” ağacəkmə aksiyası keçirdi (FOTO)


Digərləri 23 Okt 2018 14:21:18 270 0

“Zeytun bağları” ağacəkmə aksiyası keçirdi (FOTO)

Xəzər rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bakı. Xəzər rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib. “Azərsun Holdinq” şirkəti tərəfindən istehsal olunan “Zeytun bağları” markasanın bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 500-dən artıq zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin rəsmiləri, "Azərsun Holdinq"in əməkdaşları və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərdən artıq insan iştirak edib.