Əmək haqqını Azər Türk Bankın kartları ilə alanlara faizsiz kredit xətti


Digərləri 23 Okt 2018 14:12:14 238 0

Əmək haqqını Azər Türk Bankın kartları ilə alanlara faizsiz kredit xətti

Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.

Bakı. Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir. Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azər Türk Bank əməkhaqqı kartı sahibi olan müştəriləri üçün avans kredit xəttinin ayrılması barədə qərar verib. Belə ki, kart sahibləri götürəcəkləri məbləğin 8%-i həcmində birdəfəlik xidmət haqqı ödəməklə, 500 manatadək kredit xətti əldə edə biləcəklər.