Nazir: "Xəzərin statusu üzrə işçi qrupunun ilk görüşünü Bakıda keçirmək planlaşdırılır"


Digərləri 23 Okt 2018 13:37:00 241 0

Nazir: "Xəzərin statusu üzrə işçi qrupunun ilk görüşünü Bakıda keçirmək planlaşdırılır"

"Xəzər dənizinin statusu üzrə işçi qrupunun ilk görüşünün bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.

Nazir bildirib ki, dövlət başçıları ilk növbədə sahilyanı ölkələrin ərazi sularının müəyyənləşdirilməsi üçün Xəzər dənizində birbaşa çıxış xətlərinin təyin edilməsinin metodikası ilə bağlı beştərəfli sazişin razılaşdırılmasına başlamağı tapşırıblar:

"Məhz bu məsələ beştərəfli formatda danışıqların yeni mərhələsinin əsas gündəliyi olacaq".

E.Məmmədyarov vurğulayıb ki, hüquqi status haqqında Konvensiyanın əsas əhəmiyyəti Xəzəryanı dövlətlərin dənizin zəngin təbii resurslarından suveren və müstəsna istifadə hüquqlarını müəyyən etməsidir: