Dünyanın ən məşhur sərgilərindən birində Azərbaycan məhsullarına böyük maraq göstərilib


Digərləri 23 Okt 2018 13:28:00 309 0

Dünyanın ən məşhur sərgilərindən birində Azərbaycan məhsullarına böyük maraq göstərilib

Fransanın paytaxı Parisdə "Sial Paris" beynəlxalq ərzaq sərgisi açılıb.

Son.az xəbər verir ki, Avropanın ən irimiqyaslı ərzaq sərgilərindən olan "Sial Paris"də İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirir.

Sərginin açılış mərasimində Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev çıxış edərək qeyri-neft ixracının artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, "Sial Paris" beynəlxalq ərzaq sərgisinin Azərbaycan məhsullarının tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.


Xəbərə aid fotolar