Ronaldo: “Manchesterə dönmək mənim üçün xüsusi bir hadisədir"


İdman 23 Okt 2018 13:19:00 281 0

Ronaldo: “Manchesterə dönmək mənim üçün xüsusi bir hadisədir"

Juventus-un hücumçusu Kriştiano Ronaldo Manchester United-lə Çempionlar Liqasının III turu qarşılaşması ərəfəsində Manchesterə dönməkdən duyduğu hissləri paylaşıb.

Goal.az xəbər verir ki, Portuqaliyalı forvard 2003-2009-cu illərdə Manchester United-də karyerasının ən gözəl illərini keçirdiyini bildirib: "Manchesterə dönmək mənim üçün xüsusi bir hadisədir. Burada bir çox zəfərlər qazanmışam, xatirələrim var. Xüsusilə Ser Aleks Fergüssonu hörmətlə xatırlayıram . Bu adam mənə çox kömək etdi. Ona mənəvi borcum var. Juventus-da çox yaxşıyam. Komandam və azarkeşlərə minnətdaram. İndi burada baş verən hər şey ürəyimcədir", - Ronaldo bildirib.