Bugünkü hərracda 19 dövlət əmlakı özəlləşdirildi (FOTO)


Digərləri 23 Okt 2018 13:17:00 238 0

Bugünkü hərracda 19 dövlət əmlakı özəlləşdirildi (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə prosesdə ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib. Onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir. Vətəndaşların marağına səbəb olan kiçik dövlət müəssisə və obyektləri respublikanın rayon və şəhərlərində yerləşir. Oğuz şəhərində geniş torpaq sahəsinə malik tütün anbarının ümumi faydalı sahəsi 1659.2 kv.m-dir. Dövlət əmlakının yenidən qurulması və ya fəaliyyətinin bərpası onu sahibi üçün gəlirli sahəyə çevirə bilər. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən əmlak kompleksi də qazanclı biznes üçün münasibdir. Ümumi faydalı sahəsi 237,2 kv.m olan bu dövlət obyekti torpaq sahəsi ilə birgə özəlləşdirilib. Cəlilabadda tara müəssisəsi, Mingəçevirdə yardımçı təsərrüfat, Lənkəranda qeyri-yaşayış binası kimi əmlaklar da bu hərracda öz sahibini tapıb.