Sumqayıtda həyat yoldaşını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxundu


Digərləri 23 Okt 2018 13:04:00 209 0

Sumqayıtda həyat yoldaşını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Feyziyev 15 il azadlıqdan məhrum olunub.