Paytaxtda quldurluq edən şəxs saxlanılıb (FOTO)


Digərləri 23 Okt 2018 12:52:00 258 0

Paytaxtda quldurluq edən şəxs saxlanılıb (FOTO)

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Bakı. Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, rayon sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə müraciət edərək Qara Qarayev prospekti 1 ünvanında tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.