Sabahın hava proqnozu açıqlanıb


Digərləri 23 Okt 2018 12:54:00 208 0

Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.